Rusiyanın işğal etdiyi Krımda bir sıra obyektlər, o cümlədən Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelenanın Yaltadakı villası müsadirə edilib.

"Unikal" xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksyonov bildirib.

O, Zelenskayanın mülkünün "milliləşdirildiyini" açıqlayıb. 

Krımın Dövlət Şurası Kiyev hakimiyyəti ilə əlaqəli bir sıra ukraynalı oliqarxların - İqor Kolomoyski, Rinat Axmetov, Arseni Yatsenyuk, Nestor Şufriç və Sergey Tarutanın və digərlərinin əmlakının milliləşdirilməsinə qərar verib .

Konstantinov qeyd edib ki, ukraynalı oliqarxların aktivlərinin milliləşdirilməsi onların regiona vurduğu zərərin ödənilməsinə yönəldiləcək.

Ağarza Elçinoğlu