Türkiyə polisi İŞİD terror qruplaşmasına qarşı növbəti əməliyyat keçirib. 

"Unikal" xəbər verir ki, İstanbul, Konya və Antalyada eyni vaxtda təşkil edilən əməliyyatda təşkilatla əlaqədə olduqları təsbit edilən 12 şübhəli nəzarətə alınıb.  

Saxlanılanlar arasında İŞİD terror təşkilatının Mərmərə bölgəsinin rəhbəri adlandırılan Bülent Özbuğdayda var. Belə ki, B.Özbuğday təşkilat adına fəaliyyət göstərən “təqva” qrupunu qurub. Bu qruplaşmanın bir araya gəlməsi üçün icarəyə götürdüyü yeri məscidə çevirib. 

Təşkilat tərəfindən Mərmərə bölgəsinin rəhbəri adlandırılan Bülent Özbuğday, təşkilatın üzvü Selman Salişi isə İstanbul valisi olaraq təyin edilib.  

Bununla yanaşı, İŞİD terror qruplaşmasına üzv olan azərbaycan əsilli Əbdürrəhman Mehdiyev Suriyadan gələnlərin məskunlaşmaları üçün yerlər təşkil edib, İŞİD üzvlərinin ailələrinə köməklik göstərib, zərərçəkənlərə maddi-texniki dəstək verib.  Türk polisini keçirdiyi əməliyyatda saxlanılan "rəhbər" şəxslərlə yanaşı daha 9 nəfər barəsində cinayət işi açılıb.  

Gülayə Mecid