Türkiyənin Antalya şəhərinin Manavqat rayonundakı zooparkda şir 4 yaşlı oğlan uşağını yaralayıb. 

"Unikal" xəbər verir ki, ailəsi ilə zooparka gedən azyaşlı həmin parkda şirə baxan əmisinin köməyi ilə qəfəsə girib. 

Şirin baxıcısı onun aqressiv olmadığını, ailənin selfi çəkə biləcəklərini desə də, şir dərhal azyaşlıya hücum edib. Onun pəncəsinin zərbəsindən 4 yaşlı oğlanın baş dərisi qopub. 

Uşaq nəzarətçilərin köməyi ilə qəfəsdən çıxarılaraq təcili yardım maşını ilə Akdeniz Universiteti Xəstəxanasına aparılıb. Azyaşlı əməliyyat olunub. 

Seymur Əli