CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlu “BaBala TV” yutub kanalının "Mevzular Açık Mikrofon” verilişinə qonaq olub.  

"Unikal" xəbər verir ki, Kamal Kılıçdaroğlu proqramda gündəmlə bağlı açıqlamalar verib. 

Belə ki, Kılıçdaroğlu prezident seçilərsə, ilk səfər edəcəyi ölkələrin adını açıqlayıb. O, dövlət ənənələrinə uyğun olaraq ilk Şimali Kiprə, daha sonra isə Azərbaycana səfər edəcəyini bildirib.