Rusiyada nüvə obyektlərinə qarşı Ukrayna xüsusi xidmət orqanları tərəfindən planlaşdırılan terror aktının qarşısı alınıb. 

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Bildirilir ki, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin diversiya-terrorçu qrupu  Sankt-Peterburq və Kalinin atom elektrik stansiyalarının 30-dan çox elektrik ötürücü dirəyini sıradan çıxarmağa cəhd edib.  

Terrorçular  Sankt-Peterburq  Atom Elektrik Stansiyasının elektrik ötürücü xəttinin birini, dörd sütununu minalamağa və Kalinin stansiyasının yeddi sütununun altına partlayıcı qurğular yerləşdirməyə nail olublar.

İki Ukrayna vətəndaşı saxlanılıb, daha biri axtarışa verilib.

Gülayə Mecid