"Yaxın gələcəkdə  Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündür". 

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

"Ötən gün Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan müəyyən məsələlərdə razılığa gəliblər. Həmçinin, hər üç ölkənin baş nazirlərin müavinləri bir həftə sonra görüşəcəklər.Onlar Moskvada toplanacaq və mövcud problemləri, onların həlli yolları ilə bağlı fundamental anlayışı cilalayacaqlar”, - deyə Peskov bildirib.  

Gülayə Mecid