Misirin paytaxtı Qahirədə qum fırtınası baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fırtına nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. 

Dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb. 

Əhalinin maskadan istifadə etməsi ilə bağlı xəbərdarlıq edilib.

Ağarza Elçinoğlu