Rusiyada kamuflyaj geyimli qadın Vladimirdə hərbi komissarlığın binasına 3 ədəd “Molotov kokteyli” atıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Belə ki, qadın Leninski rayonu üzrə komissarlığın binasına gəlib. O, maşından düşüb və üç ədəd “Molotov kokteyli”ni çağırış lövhəsinə tərəf atıb. Hadisədən  sonra lövhə alovlanıb. Hərbi komissarlıqda olan polislər yanğını söndürüblər.

Qadın polis tərəfindən saxlanılıb. Şübhəlinin Vladimir vilayətinin Memarlıq və Tikinti Nazirliyinin maliyyə şöbəsinin müdiri, 55 yaşlı Janna Romanovskaya olduğu üzə çıxıb. 

Gülayə Mecid