Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Rusiya-Ukrayna müharibəsi müzakirə edilib. 

Ərdoğan Kaxovka bəndində baş verən partlayışla bağlı hərtərəfli araşdırmanın şübhəyə yer qoymayacaq şəkildə aparılmasının vacib olduğunu bildirib. Türkiyə lideri Rusiya və Ukrayna ekspertlərinin, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin də daxil olduğu beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini açıqlayıb. 

Liderlər həmçinin taxıl sazişinin davam etdirilməsi ilə bağlı müzakirələr aparıblar. 

Ağarza Elçinoğlu