İslandiya avqustun 1-dən Moskvadakı səfirliyinin fəaliyyətini dayandıracaq. 

"Unikal" xəbər verir ki, bu barədə İslandiyanın xarici işlər naziri Thordis Gilfadottir bildirib. 

"Rusiya ilə mədəni və ya siyasi əlaqələr ən aşağı səviyyədədir. Buna görə də İslandiyanın Moskvadakı səfirliyinin fəaliyyətini saxlamaq artıq əsaslı deyil", - deyə nazir əlavə edib.

O, qeyd edib ki, Moskva ilə Reykyavik arasında münasibətlərin yaxşılaşması Kreml tərəfindən verilən qərarlardan asılıdır.

Ağarza Elçinoğlu