Ukrayna xarici işlər nazirinin müavini Andriy Melnik Almaniyadan Kiyevə daha çox tank və piyada döyüş maşınları (BPM) verməsini xahiş etdiyini bildirib. 

"Unikal" xəbər verir  ki, bu barədə o, Almaniyanın "Tagesspiegel" nəşrinə müsahibəsində deyib.  

Diplomat Almaniyanın Ukrayna Silahlı Qüvvələrinə 300-dən çox tank verə biləcəyi ilə bağlı fikirlərini bildirib və Kiyevə 60 Marder piyada döyüş maşınının verilməsini xahiş edib. 

Qeyd edək ki, Almaniya artıq Ukraynanı “Leopard” tankları ilə təmin edib.

Seymur Əli