Xersonda Kaxovka SES-in partladılması nəticəsində suyun çəkilməsindən sonra bənddə xeyli insan qalıqları tapılıb.

"Unikal" xəbər verir ki,  bu  barədə  Ukrayna teleqram kanalları məlumat yayıb. 

Bildirilir ki, qalıqlar İkinci Dünya müharibəsi zamanı ərazidə ölən alman hərbçilərə aiddir. Onlar SSRİ rəhbərliyinin Almaniyanın hücumunun qarşısını almaq üçün 1941-ci ildə Kaxovka bəndini partlatması nəticəsində sular altında qalaraq ölüblər.