Avropa İttifaqı Ukraynadakı hərbi münaqişənin bir neçə il uzanacağına hazırlaşır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  bunu Avropanın daxili bazar üzrə komissarı Thierry Breton deyib.  

Breton onu da qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını hələ tükənməyib.

“Başqa sanksiyalar da mümkündür, amma heç kim demədi ki, Ukrayna onların sayəsində qalib gələcək. Əgər Ukrayna qalib gəlsə, o, əsassız olaraq işğal olunmuş əraziləri geri qaytarmaq üçün hərbi yolla olacaq, ona görə də Avropa İttifaqı və Ukraynanın müttəfiqləri onu qələbə üçün lazım olan hər şeylə təmin edirlər”, - deyə Avropa komissarı izah edib.