Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Xarkovda Rusiya kəşfiyyatına məlumat ötürdüyü üzə çıxan 52 yaşlı kişini saxlayıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, saxlanılan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olan bir qrupun üzvü olduğu bildirilib.

"Sözügedən şəxs müharibənin əvvəlində işə götürülüb və Ukrayna ordusunun mövqelərində şəxsi heyətin sayını, silah-sursatını və hərbi qruplaşmaların koordinatlarını müşahidə edib", - SBU-nun məlumatında qeyd olunub. 

Agent həbs edilib. Cinayətkarı ömürlük həbs cəzası gözləyir.

Ağarza Elçinoğlu