Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Co Bayden arasında danışıqlar iyulda Vilnüsdə keçiriləcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, görüş NATO sammiti çərçivəsində baş tuta bilər,

İyulun 11-12-də Litvanın paytaxtında Alyansın Sammiti keçiriləcək.

Nəşrin məlumatına görə, yaxın gələcəkdə iki liderin, eləcə də Türkiyənin xarici işlər naziri Fidan Hakanın dövlət katibi Entoni Blinkenlə telefon danışıqları istisna deyil.