İsveç polisinin "Quranın yandırılmasını qadağan edən" qərarı təhlükəsizliklə əlaqədar olaraq Ali Məhkəmə tərəfindən ləğv edilib.

"Unikal" xəbər verir ki, Ali Məhkəmədən verilən açıqlamada polisin aprelin 4-də Quranı yandırmaq istəyən 2 nəfərin təhlükəsizlik riski səbəbilə icazə verməyən qərarını ləğv edən İnzibati Məhkəmənin qərarının təsdiqləndiyi açıqlanıb.

Məhkəmə polisdən Qurani-Kərimin yandırılmasını qadağan edən qərarı ləğv etməsini istəyib.

Fevral ayında İraq əsilli Salvan Momika Stokholmdakı İraq səfirliyi, fevralda isə Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Afrika əsilli Kris Makoundout Quranı yandırmaq istəyib və polis icazə verməyib.

Momika və Makoundout polis qərarını məhkəməyə verib.

İsveç İnzibati Məhkəməsi "təhlükəsizlik riski ilə bağlı narahatlıqların" nümayiş hüququnu məhdudlaşdırmaq üçün kifayət etmədiyini əsas gətirərək polisin qərarını ləğv edib. Bunun üzərinə Stokholm polisi qərarı Ali Məhkəməyə çatdırıb.