Ukraynalı pilotlar ABŞ istehsalı F-16 döyüş təyyarələri ilə təlimlərə bu yay başlaya bilərlər.

"Unikal" xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollonqren “Reuters“ə müsahibəsində bildirib.

“Bu yay bizim ambisiyamızdır. Biz bunun nə qədər real olacağını görəcəyik”, - hollandiyalı nazir bildirib. O, qeyd edib ki, məqsəd təlim proqramını altı ay ərzində tam işlək vəziyyətə gətirməkdir.

Xəbərdə qeyd olunub ki, Niderland və Danimarka ukraynalı pilotlara və təyyarələrə texniki xidmət heyətinə təlim keçilməsi ilə bağlı beynəxlalq koalisiyada aparıcı rol oynayırlar.

Uçuş simulyatorlarına malik Danimarkanın isə proqrama mümkün ev sahibi ölkə ola biləcəyi bildirilib.

Nazir ABŞ-ın dəstəklədiyi təlim proqrama Belçika və Lüksemburqun daxil olacağını, Fransa və Britaniyanın yardım təklif etdiyini qeyd edib.

“Ukrayna müharibə bitdikdən sonra Rusiyanı bir daha cəhd eləməkdən çəkindirmək üçün özünü qorumaq imkanında olmalıdır. Bu çox güclü silah sistemidir. Onun çox güclü imkanları var. Amma bu, çox tezliklə mümkün olmayacaq və Prezident Zelenski də, əlbəttə ki, bunu bilir”, - müdafiə naziri deyib.