Türkiyədə maraqlı hadisə baş verib. Boşandığı həyat yoldaşının silikonlarını deşici əşya ilə partladan keçmiş ər  saxlanıldıqdan sonra yaralanma ittihamı ilə həbs edilib.

"Unikal" xəbər verir ki, Dursun K. evli olduğu zaman həyat yoldaşının daha gözəl görünməsi üçün sinəsinə silikon taxdırıb. Bir müddət sonra Dursun K. 10 ildir evli olduğu Elif K.-dan aralarında fikir ayrılığı olduğunu əsas gətirərək boşanıb.

Elif K. boşandıqdan sonra ona zəng edən keçmiş həyat yoldaşı Dursun K.-ya "Sevgilim var. İndi mənə zəng vurma", "Sənin düzəltdiyin sinələrə başqası toxunur" sözləri ilə mesajlar göndərib. Bu açıqlamalardan hiddətlənən Dursun K. dəhşətli plan qurub. İyunun 5-də Kağıthanedə keçmiş həyat yoldaşının mənzilinin qarşısında gözləməyə başlayan Dursun K. ağzın Elif K.-ni binaya buraxıb. Elif K.-nın silikonlarını əlindəki deşici əşya ilə partladan Dursun K. daha sonra qaçıb. 112 Təcili Xidmətə zəng edərək kömək istəyən Elif K.-ya xəstəxanada tibbi yardım göstərilib. Silikonları çıxarılan Elif K. keçmiş həyat yoldaşından şikayət edib.

O, törətdiyi cinayəti etiraf edib.