İsveç PKK terror təşkilatının tərəfdarını Türkiyəyə ekstradisiya edəcək.

"Unikal" xəbər verir ki, bu barədə "SVT Nyheter" nəşri məlumat yayıb.

Ekstradisiya edilən şəxs 2013-cü ildə Türkiyədə narkotiklə bağlı cinayətlərə görə məhkum olunub. Bir müddət sonra şərti azadlığa buraxılıb, qanuni yolla Türkiyəni tərk edib, sonra İsveçə köçüb və iş icazəsi alıb.

35 yaşlı şəxsin daha sonra PKK ilə əlaqələri üzə çıxıb. Ekstradisiya qərarı yayın əvvəlində həyata keçiriləcək.

Qeyd edək ki, PKK Türkiyənin özündə, ABŞ, Aİ və digər ölkələrdə terror qruplaşması kimi tanınır.