Rusiya Federasiyasının əməkdar hərbi pilotu 54 yaşlı Sergey Vasilyeviç intihara cəhd edib.

"Unikal" xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. 

Bildirilir ki, buna səbəb Vasilyeviçin sevgilisi Yelenadan ayrılması olub. Belə ki, qadın əşyalarını götürmək üçün əməkdar hərbi pilotun evinə gedib. Sərxoş halda olan Sergey Yelenaya özünü öldürəcəyini deyib. Qadın buna baxmayaraq əşyalarını toplamağa başlayıb.  Bu zaman digər otaqdan atəş səsi eşidilib.  

Kişi silahla çənəsindən intihara cəhd edib.  Xoşbəxtlikdən güllə onun sol yanağından çıxıb. Bundan sonra hərbi pilotun evinə təcili tibbi yardım çağırılıb və tezliklə həkimlər ona sol yanağından güllə yarası və aşağı çənənin sınığı diaqnozu qoyublar.  

Qeyd edək ki, Sergey Vasilyeviç Əfqanıstan müharibəsinin veteranı olub. 

Seymur Əli