Ukraynanın uğurlu əks-hücum əməliyyatı Rusiya prezidenti Vladimir Putini müharibəni dayandırmaq üçün Kiyevlə danışıqlar aparmağa məcbur edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken İtaliyanın xarici işlər naziri Antonio Tajani ilə Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Blinken qeyd edib ki, iyunun 8-də başlayan əks-hücum hələ ilkin mərhələdədir və onun nəticəsi barədə danışmaq çox tezdir. 

"Qeyd etmək çox vacibdir ki, prezident Putinin Ukraynada əldə etməyə çalışdığı şey artıq strateji uğursuzluğa düçar olub və o, uğur qazana bilməz. Çünki Putinin Ukraynanı xəritədən silmək, onun müstəqilliyini aradan qaldırmaq və Ukraynanı bu və ya digər şəkildə Rusiyanın tərkibinə qatmaq məqsədi iflasa uğrayıb"- dövlət katibi qeyd edib. 

Ağarza Elçinoğlu