"Şəxsən mən "Nemesis" heykəlinin qoyulmasını yanlış hesab edirəm". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

O, heykəlin qoyulması və Türkiyənin bu barədə reaksiyasına toxunaraq deyib: "Deməyin ki, orada məhkəmə qərarı var, bu, bizim məhkəmənin qərarı deyil, heç bir dövlət və ya dövlət nümayəndəsi məsələlərin məhkəmədən kənar həllini təşviq edə bilməz. Türkiyə ilə münasibətləri tənzimləmək üçün unikal, tarixi fürsətdir və biz erməni tərəfi buna hazırıq". 

Ağarza Elçinoğlu