Rusiya “Taxıl sazişi”ndən çıxmağı düşünür.

"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi müxbirlərlə görüşündə bildirib.

“Bizi növbəti dəfə aldatdılar, taxılımızın tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülməyib”, - deyə Rusiya lideri qeyd edib.

Putin vurğulayıb ki, Rusiya “Taxıl sazişi”ndən çıxacağı təqdirdə ən kasıb ölkələrə Ukraynadan gələn taxılın həcmini pulsuz verməyə hazır olacaq.

Prezident bildirib ki, “Taxıl sazişi”nin dəhlizlərindən Ukrayna daima PUA-larını işə salmaq üçün istifadə edir.

"Ötən gün Rusiya gəmisinə edilən hücumda dörd dəniz PUA-sıı iştirak edib, onlar məhv edilib"-deyə Putin qeyd edib.

Rusiya prezidenti əlavə edib ki, Amerika PUA-sı Ukrayna PUA-larının Rusiya gəmisinə hücumunu korrektə edib.