Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Azərbaycana səfərləri ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, bu barədə o, öz "Twitter" hesabında yazıb.

“Türkiyə yüz ilinin ilk rəsmi səfərlərini qardaş ölkələrə etdik. Hər zaman əl-ələ, ürək-ürəyə olduğumuz Şimali Kipr Türk Respublikasına və can Azərbaycana səmimi ev sahibliyinə görə təşəkkür edirəm”, - paylaşımda qeyd olunub.