NATO ölkələri Vilnüsdə keçiriləcək sammitdə mühüm hava və dəniz qüvvələrinin dəstəyi ilə alyansın ərazisində 300 mindən çox hərbçi yerləşdirmək üçün hərbi planlar qəbul edəcəklər.

"Unikal" xəbər verir ki, bunu çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü ərəfəsində keçirdiyi mətbuat konfransında deyib.

"Alyans əhəmiyyətli hava və dəniz qüvvələrinin dəstəyi ilə 300 mindən çox əsgərin yerləşdirilməsi planını qəbul edəcək", - Stoltenberq bildirib.

İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.