Almaniya xarici işlər naziri Annalena Berbok və Ukrayna xarici işlər naziri Dmitri Kuleba arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Dmitri Kuleba "Twitter" hesabında bildirib.

Ukraynalı nazirin sözlərinə görə, tərəflər Vilnüsdə keçiriləcək NATO sammiti barədə danışıblar.

"Ukraynanın mövqeyi bəllidir: üzvlük yolunda güclü addım atılmadan NATO-Ukrayna Şurasının yaradılması silahsız tank vermək kimidir. Ukrayna NATO-ya yalnız imtiyazlı tərəfdaş deyil, müttəfiq kimi lazımdır", Kuleba bildirib.