Ermənistan Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak etmək istəyir.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin atıcılıq yığma komandasının baş məşqçisi Seyran Nikoqosyan deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı məktub ünvanlanıb və cavab gözləyirlər.

“Bakıya getmək istəyimizə rəhbərliyimiz də müsbət cavab verdi. Heyətimizə 15 nəfəri daxil edəcəyik”, - deyə o əlavə edib.

Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən sentyabrın 3-dək Bakıda keçiriləcək.