Rusiyanın Ukraynaya hərbi müdaxiləsi illik 67 milyard dollara başa gəlir. 

"Unikal" xəbər verir ki, “The Economist” jurnalı məqaləsində Rusiyanın Ukrayna müharibəsində illik xərclərini araşdırıb. 

Sözügedən jurnal Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin təxmini illik xərclərini dərc edərək bildirib ki, bu rəqəmləri əldə etmək çətin olsa da, müxtəlif mənbələrlə dəqiqləşdirdikdən sonra Ukraynadakı müharibənin Rusiya üçün illik xərclər 5 trilyon rubl, yəni 67 milyard dollara, yəni Rusiya iqtisadiyyatının ümumdaxili məhsulunun 3%-nə bərabər olduğu qənaətinə gəlib.