Fransa Ermənistana 50 ədəd VAB MK3 zirehli transportyoru tədarük edəcək .

"Unikal" xəbər verir ki, Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuy müsahibəsində tədarüklər haqqında danışıb .
Çatdırılmaların şərtləri və cədvəli barədə məlumat verilmir. Zirehli texnikanın açıq mənbələrdə tədarükü ilə bağlı məlumatlar mayın ortalarında yayılmağa başlayıb. Lakin Fransa tərəfdən heç bir şərh gəlməyib.
Dupunun sözlərinə görə, qeyd olunan vəsaitlə yanaşı, Ermənistan tərəfindən Fransanın “Arquus” şirkətinin istehsalı olan “Bastion” və “Şerpa” zirehli maşınlarının da alınması imkanları müzakirə olunur.
Mərkəz rəhbəri əlavə edib ki, Fransanın İrəvandakı səfirliyinə qarşıdakı hərbi attaşe təyinatı ilə Ermənistan-Fransa müdafiə əməkdaşlığı fəallaşacaq. Attaşenin təyin olunmasını aprel ayında Fransanın xarici işlər naziri Ketrin Kolonna Ermənistana səfəri zamanı elan etmişdi.