Microsoft-un qurucusu Bill Qeyts 2019-cu ildən bəri ilk dəfə Çinə gedib.

"Unikal" xəbər verir ki, Twitter səhifəsində o, Qeyts Fondu üçün iş məqsədi ilə Pekində olduğunu qeyd edib. Onun sözlərinə görə, fəallar uşaq ölümü və yoxsulluqla mübarizədə uğur qazana biliblər.

Qeyts deyib ki, Çinin iqlim dəyişikliyi ilə mübarizədə, dərman və qidaya çıxışı təmin etməkdə "böyük təcrübə" var. O əlavə edib ki, daha sonra Qərbi Afrikaya yollanacaq.

Mayın sonunda Tesla və SpaceX-in qurucusu İlon Mask Çinə səfər etdi.