“Azərbaycanla dost və qardaşlığımız regionda sülh və sabitliyin təminatıdır”.

"Unikal" xəbər verir ki, bunu Türkiyədə ATA İttifaqından prezidentliyə keçmiş namizəd Sinan Oğan tviterdə yazıb.

O, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib: “Dost və qardaş Azərbaycan xalqının 15 iyun - Milli Qurtuluş Gününü təbrik edirəm. 15 iyun həm də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümüdür. Mübarək olsun!”