MAQATE-nin baş direktoru Rafael Qrossi Rusiya hərbçiləri tərəfindən işğal edilən Zaporojye AES-ə  gedib. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. 

Bundan əvvəl Ukrayna prezident Volodimir Zelenski MAQATE-nin baş direktoru Rafael Qrossi ilə Zaporojye AES-də riskləri minimuma endirmək üçün lazım olan addımları müzakirə edib və Kaxovskaya SES-in partlayışının nəticələrini qiymətləndirmək üçün MAQATE ekspertlər qrupunun göndərilməsi təklifini dəstəkləyib.

Gülayə Mecid