Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri "Twitter" səhifəsində paylaşım edib.

"Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Azərbaycanlı bütün qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - Ərdoğan bildirib.