İsveçrənin Türkiyədəki səfiri Jan Daniel Rux bu gün Türkiyə XİN-ə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Buna səbəb iyunun 14-də Sürixdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkillərinin yandırılması və təhqiramiz çağırışlar olub.

Bu cür təxribat xarakterli hərəkətlərə yol verilməməsinin vacibliyi vurğulanıb, həmçinin hadisə ilə bağlı araşdırmalara başlanılması, günahkarların müəyyən edilməsi və tez bir zamanda lazımi tədbirlərin görülməsi tələb edilib.