Son iki gün ərzində Gürcüstanın bölgələrində yağan güclü leysan yağışları ciddi fəsadlar törədib.

"Unikal" xəbər verir ki, ən çox ziyan Kvemo Kartli, Samtsxe Cavaxetiya, Şidi Kartli, Kvemo Svaneti bölgələrində və Qori şəhərində qeydə alınıb. Bəzi kəndlərdə evlər və əkin sahələri, avtomobil yolları sel suları altında qalıb. Bir neçə kəndlə əlaqə kəsilib və onlara elektrik enerjisinin, təbii qazın verilməsində ciddi problemlər yaranıb.

Kvemo Kartli regionunun Tsalka kəndində sel suları körpünü uçurub. Sakinlər evlərinin su altında qalacağından narahatdırlar. Samtsxe Cavaxetiyada isə 15 kənd fövqəladə vəziyyət şəraitindədir.

Ümumilikdə isə 30-a yaxın yaşayış massivində fövqəladə vəziyyət yaranıb.