Xəbər verdiyimiz kimi, bu gün Ermənistan ordusunun təxribata cəhd edən iki hərbçisi zərərsizləşdirilib.

Məlumata görə, Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin (DSX) şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan silahlı qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, onlardan birinin kimliyi açıqlanıb. Erməni mediası bildirir ki, yaralanan hərbçi Artur Armeni Azroyandır.

Onun 21 yaşı var. Azroyanın vəziyyətinin orta-ağır olduğu deyilir. Digər yaralı erməni hərbçinin kimliyi barədə hər hansı məlumat verilməyib.