ABŞ müdafiə naziri Lloyd Ostin və İsrail müdafiə naziri Yoav Qalant Belçikada görüşəcək.

"Unikal" xəbər verir ki, ABŞ-ın Brüsseldəki səfirliyində keçiriləcək görüşdə nazirlər İranı müzakirə edəcəklər.

İsrail müdafiə naziri Yoav Qalant jurnalistlərə açıqlamasında deyib ki, amerikalı həmkarı ilə İranın nüvə silahlarına qarşı ortaq öhdəliyi müzakirə edəcəklər: “İranın heç vaxt hərbi nüvə qabiliyyətinə malik olmaması üçün hər iki ölkənin birgə öhdəliyinin həyata keçirilməsini müzakirə edəcəyik”.