Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin gerbi ilə bağlı tənqidi ifadələr səsləndirib.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, o, bu barədə parlamentin iclasında deyib.

Bildirib ki, ölkənin gerbinin 1991-ci ildə qurulan dövlətə heç bir aidiyyəti yoxdur: 

“Orada nə göstərilir? Ağrı dağında (Türkiyə ərazisində yerləşir - Qeyd) Nuhun gəmisi və Ermənistanın dörd sülaləsinin gerbləri. Emblemə baxanda belə bir sual yarandı: bunun bizə nə dəxli var? Axı biz bunu 1991-ci ildə qəbul etmişik. Bunun 1991-ci ildə qurulan dövlətə nə dəxli var? O nə danışır?”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, gerbin mərkəzində Ağrı dağında Nuhun gəmisini və indiki Ermənistan ərazisini sular altında görmək olar.

Baş nazir gerbdə uzun müddətdir Ermənistanın təbii şəraitində yaşamayan aslan təsvir olunmasına da diqqət çəkib: “Müzakirə etdiyimiz bu problem əslində ikililiyə aiddir. Və hər birimizdə var”.