ABŞ və İslam Respublikası İranın nüvə proqramını məhdudlaşdırmaq üçün gizli müzakirə aparır. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

"İran və ABŞ arasındakı danışıqlarda məqsədin müvəqqəti razılaşma və ya qarşılıqlı anlaşma olmasından asılı olmayaraq, hər iki tərəf gərginliyin artmasının qarşısını almaq istəyir. İlk addımda belə bir razılaşma əsirlərin mübadiləsini və İranın aktivlərinin bir hissəsinin azad edilməsini əhatə edəcək.

İran və ABŞ arasında mümkün razılaşma üçün növbəti addımlar uranın 60% zənginləşdirilməsinin dayandırılması müqabilində İranın neft ixracına qarşı ABŞ-nin bəzi sanksiyalarının azaldılmasını və Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə daha geniş əməkdaşlığını nəzərdə tutur", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu