Meksikanın Sonora əyalətinin İmuris şəhərində başlayan meşə yanğını nəzarətdən çıxıb. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, iyunun 9-da başlayan yanğında 4 131 hektardan çox ərazi külə dönüb. 

Yanğının söndürülməsinə yanğınsöndürənlərdən əlavə hərbçilər də cəlb edilib. 

Fəakət nəticəsində çox sayda vəhşi heyvanın tələf olduğu bildirilib. 

Yanğınlara müdaxilə davam edir.

Ağarza Elçinoğlu