ABŞ-nin dövlət borcu ilk dəfə olaraq 32 trilyon dolları ötüb.

"Unikal" xarici KİV-ə istinadla bildirir ki, 32 trilyon ABŞ dolları pandemiyadan əvvəlki proqnozlarda gözləniləndən doqquz il əvvələ çatıb.

Bundan əlavə, yaxın 30 il ərzində Amerika Birləşmiş Ştatlarının borcunun 127 trilyon dollar artacağına dair proqnozlar verilib. 

Qeyd edək ki, iyunun əvvəlində Birləşmiş Ştatlar Senatı ölkədə defoltun qarşısını almaq üçün milli borc tavanının artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Ağarza Elçinoğlu