Dünyanın ən varlı iki adamı - “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask və "LVMH" moda konqlomeratının sahibi Bernard Arnault birlikdə Parisdə nahar ediblər.

"Unikal" xəbər verir ki, yeməkdə Maskın anası - Mey Mask və Arnaultun iki oğlu - Antuan və Aleksandr da iştirak edib. 

Qeyd edək ki, "Bloomberg"in son açıqladığı hesabata əsasən, Maskın sərvəti 192 milyard dollar, Arnaultun isə 187 milyard dollar təşkil edir.