Moldovada yerli fermerlər kütləvi etiraz aksiyaları elan ediblər.

"Unikal" xəbər verir ki, bu barədə  "NewsMaker" məlumat yayıb .

"İyunun 19-dan Moldovada fermerlər kütləvi etirazlara başlayacaqlar.  Kənd təsərrüfatı texnikası olan fermerlərin bir hissəsi Kişinyova gələcək - hökumət, parlament və Kənd Təsərrüfatı Nazirliyinin binaları yaxınlığında tətil keçirəcək. Qalanları isə respublika magistrallarında etiraz aksiyası keçirəcəklər", - KİV-də  qeyd olunub.