Fransanın cənubunda yüngül mühərrikli təyyarə dağlıq ərazidə qəzaya uğrayıb.

"Unikal"  xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən “Frans-Presse” agentliyi məlumat yayıb.

Nəticədə 3 nəfər həlak olub.

Qeyd olunur ki, qəza Var departamentinin Qonfaron kəndi yaxınlığında baş verib.

Hadisənin səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Fransa silahlı qüvvələrinin cənub komandanlığının məlumatına görə, ölən üç nəfərdən ikisi qonşuluqda yerləşən ikinci döyüş helikopter alayının təlim bazasının əsgərləridir.

Hazırda qəza yerində məhkəmə-tibb ekspertləri və müstəntiqlər işləyir.