"Priştina saxlanılan serblər azad edilənə qədər Kosovonun baş naziri Albin Kurti ilə danışıqlar aparılmayacaq".
"Unikal"
xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandar Vucic bildirib.

Serbiya prezidenti vətəndaşlara müraciətində xatırladıb ki, ilin əvvəlindən indiyədək bir dənə də olsun kosovalı alban serblər tərəfindən xəsarət almayıb, bir neçə serb isə albanlardan xəsarət alıb. Onun sözlərinə görə, Kosovoda vəziyyəti gərginləşdirməkdə məqsəd Serbiya ilə NATO arasında toqquşmaya səbəb olmaqdır

“İnanıram ki, heç vaxt danışmaq istəməyən adamla danışmaq tamamilə mənasızdır və serb məhbuslar azad olunana qədər anlaşılmaz şeylər haqqında danışmaq mənim ağlıma gəlmir və bilirəm ki, onlar bunu etməyəcəklər." deyə Vucic bildirib.