Türkiyənin Antalya şəhərində rusiyalı turistlərin olduğu mikroavtobus yolda dayanmış yük maşınına çırpılıb. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində mikroavtobusun sürücüsü ölüb, 5 rusiyalı turist yaralanıb. 

Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisə yerinə çox sayda təcili yardım maşını və Antalya Manavgat Bələdiyyəsinin xilasetmə qrupu göndərilib.