Ukraynanın Kaxovka Su Elektrik Stansiyasının (SES) partladılması nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayətinin rəhbəri Andrey Alekseenko teleqramda bildirib.

Bundan əvvəl 29 nəfərin öldüyü bildirilirdi.

Rusiya hərbçiləri Kaxovka SES-i iyunun 6-na keçən gecə partladıblar. Nəticədə yaşayış məntəqələrini su basıb, təbiətə xeyli ziyan dəyib.