Antalyada 5 ulduzlu hotelə gedən britaniyalı turistlərin başına iş gəlib.  

"Unikal" Türkiyə mətbuatına istinadən verir ki, turistlər hoteldə qidadan zəhərləniblər. Britaniyalılar xəstəxanaya müraciət ediblər. Onların bəzilərində “salmonella” və “E.coli (Coli bacillus)” kimi bakteriyalar aşkarlanıb. 

Britaniya Sağlamlıq Təhlükəsizliyi Agentliyi də zəhərlənmə xəbərlərindən sonra araşdırmaya başlayıb. Agentlik qida zəhərlənməsinin hoteldən qaynaqlanmadığını və bunun norovirus olduğunu iddia edib.  

Turistlər açıq bufetdə təqdim edilən hoteldə yeməklərin yararsız şəraitdə verildiyini, yemək qalıqlarına təzə yeməklərin əlavə edildiyini, boşqab, stəkan, bıçaq və qaşıqların natəmiz şəkildə verildiyini bildiriblər. 

Hoteldən məsələ ilə bağlı heç bir açıqlama verilməyib. 

Seymur Əli