İranın Deyləm şəhərində bir məhbus ictimaiyyət qarşısında edam edilib. 

"Unikal" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Məlumata görə,  məhbus  iki polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinib. Onun edam hökmü Deyləm şəhərində ictimaiyyət qarşısında icra olunub.