Regionda nəqliyyat əlaqələrinin açılması Arazdəyən-Culfa-Meğri dəmir yolu boyunca keçəcək Füzuli marşrutunun bərpası ilə başlayacaq. 

"Unikal" xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, bu barədə Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli qrupun işi zamanı formalaşmış hərtərəfli sənəddə bildirilib. 

"Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun bəzi hissələri onların ərazisində olacağı ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yol ilə bağlı Azərbaycanda Azərbaycan qanunvericiliyi, Ermənistanda isə Ermənistan qanunvericiliyi tətbiq olunacaq", - deyə Overçuk qeyd edib. 

Ağarza Elçinoğlu